23 oktyabr 2010 12:09
Rəşad Sadıqov: Bu, müdafiəçi üçün yaxşı hal deyil
Milli komandamızın kapitanı Rəşad Sadıqov Eskişehirsporun heyətində forma geydiyi ikinci oyunda da meydanı qələbə ilə tərk edib. Azerisport.az xəbər verir ki, təcrübəli müdafiəçi bu oyunda Türkiyə çempionatında cari mövsümdə ilk sarı vərəqəsini alıb. Artıq üçüncü dəqiqədə cəzalanan Rəşad bu səbəbdən qalan 87 dəqiqə ərzində daha diqqətli oynadığını söyləyib:
“İlk yarı bizim üçün nisbətən asan keçdi, iki qol vurduq. Lakin fasilədən sonra rəqib təzyiqi xeyli artırdı. Nəticədə oyunun gərginliyi daha da artdı. Üçüncü dəqiqədə sarı vərəqə almağım şübhəsiz, mərkəz müdafiəçisi üçün yaxşı hal deyil. Bu səbəbdən qalan dəqiqələr ərzində daha diqqətli oynadım. Komanda yoldaşlarımı pis vəziyyətdə qoymaq istəmirdim. Sevindiric haldır ki, sonda hər şey yaxşı qurtardı”.
