23 oktyabr 2010 00:10
“Oyun rəqibin üstünlüyü şəraitində keçdi”
17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində keçirilən Portuqaliya - Azərbaycan oyunundan sonra yığmamızın baş məşqçisi Adil Şükürov affa.az saytına fikirlərini bildirib:
«Oyun rəqibin üstünlüyü şəraitində keçdi. Taktiki baxımdan düşündüklərimizi həyata keçirə bilmədik. Qarşıdakı oyunlarda uğur qazanmağa çalışacağıq».
