23 oktyabr 2010 00:12
“İstədiyimiz kimi oynaya bilmədik”
17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində bu gün keçirilmiş Portuqaliya - Azərbaycan oyunundan sonra Portuqaliya yığmasının baş məşqçisi Emilio Peyşe affa.az saytına fikirlərini bildirib:
«Çətin oyun oldu. Futbolçularım ilk dəqiqələrdə çox həyəcanlı görünürdü. Buna görə də istədiyimiz kimi oynaya bilmədik. Həlledici məqamlarda tələsməyimizə baxmayaraq, müsbət nəticə əldə etdik».
