23 oktyabr 2010 12:39
Bakıda bu gün klubdaxili toplantı olacaq
Cari mövsümdə uğursuz çıxışı ilə yadda qalan Bakı klubunda bu gün klubdaxili toplantı olacaq. Azerisport.az xəbər verir ki, son oyunda Qarabağa qarşı sərgilənən oyundan və nəticədən xeyli narazı qalan klub rəhbərliyi futbolçularla görüşəcək. Tədbirdə klubun vitse-prezidenti Zeynal Məmmədov və Yaşar Seyidovun futbolçularla görüşəcəyi gözlənilir. İclas zamanı futbolçuların cərimə olunacağı istisna deyil.
