23 oktyabr 2010 12:44
“Şeferin istefası müzakirə olunmur”
Bakı klubunun vitse-prezidenti Zeynal Məmmədov Qarabağa qarşı keçirilən son matçda azarkeşlərin baş məşqçi Vinfrid Şeferi istefaya səsləməsinə münasibət bildirib. Azerisport.az xəbər verir ki, klub rəsmisi bu məsələnin gündəmdə olmadığını söyləyib:
“Azarkeşləri başa düşmək olar. Onlar da komandadan qələbə gözləyirlər. Lakin indiki halda Şeferin istefası müzakirə olunmur. Biz ona inanırıq. Mən demirəm ki, uğursuzluqda məşqçinin günahı yoxdur. Bizdən çox onun günahı var. Amma bir daha təkrarlayıram ki, indiki halda istefadan söhbət gedə bilməz”.
