24 oktyabr 2010 16:42
Cokiça Haciyevski: Bu qələbəni çoxdan gözləyirdik
Azərbaycan Premyer-liqasının 10-cu turunda səfərdə MOİK komandasını 2:0 hesabı ilə məğlub edən "Simurq" cari mövsümdə ilk qələbəsini qazanaraq turnir cədvəlinin son pilləsini tərk etdi.
"Mövsümdə ilk qələbəmizi qazandığımız üçün şadam. Bunu çoxdan gözləyirdik, qələbəyə layiq olduğumuzu düşünürəm. Hər iki komanda üçün turnir cədvəlində irəliləmək baxımından prinsipial qarşılaşma idi. Gözəl oyun olmasa da, komandaların qalib gəlmək istəyi yüksək idi. Bir sıra oyunlarda son dəqiqələrdə buraxdığımız qollarla məğlub olmuşduq, bu, futbolçularda həyəcan yaradırdı. İnanıram ki, bugünkü qələbədən sonra futbolçuların özünəinamı daha da artacaq. MOİK-in heyətində ulduz futbolçu olmasa da, "Qarabağ" və "Bakı" kimi klublara qarşı mübarizə aparıblar. MOİK-ə qarşıdakı oyunlarda uğurlar arzu edirəm", - azerisport.az xəbər verir ki, bunu "Simurq"-unbaş məşqçisiCokiçaHaciyevskidedi.
"Rəqib komandanın baş məşqçisinin dediyi sözlər bizə də aiddir. Qalib gəlmək istəyirdik, hər oyunda mübarizə aparırıq, qol epizodları yaradırıq, lakin qələbə qazana bilmirik. Futbolçuların təcrübəsizliyi qalib gəlməyimizə mane oldu. "Simurq" klubunu qələbə münasibəti ilə təbrik edirəm və uğurlar arzu edirəm", - MOİK-in çalışdırcısı Ramil Əliyevbildirdi.
Mənbə: PFL
