24 oktyabr 2010 22:45
Vinfrid Şefer komandasından razı qaldı
Azərbaycanın "Bakı" klubunun baş məşqçisi Vinfrid Şefer ölkə çempionatının 10-cu turu çərçivəsində "İnter" ilə keçirilmiş oyun barəsində (0:1) öz fikirlərini bildirdi. "Komandanın oyunundan razı qaldım. Oyunçulardan nə tələb olunurdu, onlar bunu etdi. Epizodların birində Jabaya qarşı kobudluq edildi, orada penalti var idi. Buna baxmayaraq, Vüsal Əliyev Azərbaycanın ən yaxşı hakimidir. Azərkeşlər öz fikirlərini bildirə bilər. Onlar "İstefa" qışqıranda, hesab edirlər ki, haqlıdırlar", - azerisport.az xəbər verir ki, bunu Şefer dedi.
