24 oktyabr 2010 12:16

XL-ın fanatlarından Neftçi`nin azərkeşlərinə mesaj

Azərbaycanın "Xəzər-Lənkəran" klubunun "12-ci oyunçu" fan-klubu "Neftçi"-nin azərkeşlərinə sərt mesaj ünvanladı. Azerisport.az xəbər verir ki, XL fanatları "Neftçi" – "Gəncə" oyununa toxunaraq, paytaxt təmsilçisinin azərkeşlərindən narazı qaldı.

"Ötən turda Gəncə şəhər stadionunda keçirilən oyunda komandamız böyük hesabla məğlub oldu. Stadionda oyunu minlərlə  azarkeş izləyirdi ki,bunların da 95% yerli azarkeşlər idi. İstər oyun zamanı istərsə də oyundan sonra heç bir yerli azarkeş, qonaq komandanın azarkeşlərinə qarşı aqressiv hərəkət etmədi. Baxmayaraq ki, "Gəncə" komandası böyük hesabla "Xəzər Lənkəran"-a qalib gəlmişdi, yerli azarkeşlər, həmçinin  "Kəpəz" və "Xəmsə"  fan klublarının üzvləri, heç də  "Neftçi” fanatları kimi bizim ünvanımıza təhqiramiz şüarlar səsləndirmədilər. Bu da onların azarkeş mədəniyyətinin yüksək olmasından irəli gəlirdi.
 
Son turda T.Bəhrəmov satdionunda keçirilən və "Gəncə" üzərində "Neftçi"-nin böyük hesablı qələbəsi ilə bitən oyunda paytaxt klubunun fanatları yenidən öz köhnə əməllərini təkrar etdilər.Beləki, onlar "Gəncə" fanatlarının ünvanına təhqiramiz ifadələr səsləndirərək dava-dalaş yaratmağa çalışmışlar və sonda istəklərinə çatmışdılar.
 
Dəfələrlə "Neftçi" fanatlarının vəhşiliklərinə məruz qalan Lənkəranlı azarkeşlər olaraq biz, hadisənin səbəbkarlarını və onların əməllərini pisləyirik.
 
Oktyabrın 23-də T.Bəhrəmov stadionunda baş verən hadisə bir daha "Neftçi” fanatlarının kim olduğunu göstərdi. Güman edirik ki, artıq onların bu hərəkətlərinə mətbuatın və futbol ictimaiətinin münasibət birdirməsinin vaxtı çatmışdır", - fan-klubun saytında bildirilir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.