24 oktyabr 2010 00:44
Revaz Dzodzuaşvili: Belə matçlar oyunçularımın xeyirinədir
Azərbaycanın "Turan" klubunun baş məşqçisi Revaz Dzodzuaşvili ölkə çempionatının 10-cu turu çərçivəsində "Xəzər-Lənkəran"la keçirilmiş oyun barəsində (0:2) öz fikirlərini bildirdi. "Belə matçlar oyunçularımın xeyirinədir. Onlar təcrübə qazanır. XL Azərbaycanın ən yaxşı komandasıdır. Onlara böyük hesabla məğlub olmadıq. Həmçinin görüşün hakimindən razı qaldım, çox gözəl oyun idarə etdi", - azerisport.az xəbər verir ki, bunu Dzodzuaşvili dedi.
