25 oktyabr 2010 13:14
Foqts dünyanın ən yaxşılarını geridə qoydu
Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) versiyası üzrə dünyada ən yaxş məşqçilər reytinqində 34-cü yeri tutur. Azerisport.az xəbər verir ki, bu siyahıda Foqts Yoaxim Löv, Marko van Basten, Xosep Qvardiola, Luis Araqones kimi məşqçiləri qabaqlayır.
Qeyd edək ki, "Bakı"-nın hazırki baş məşqçisi Vinfrid Şefer bu siyahıda 76-cı pilləni tutur.
