25 oktyabr 2010 13:59
İtaliya qrandları ManUnitedin oyunçusunu almaq istəyir
İtaliyanın "Juventus" və "Inter" klubları İngiltərənin "Manchester United" klubunun bu mövsüm ən yaxşı oyunçusu Nanini almaq istəyir. Azerisport.az xəbər verir ki, "Qoca sinyora" portuqaliyalıya görə 13 milyon funt sterlinq ödəməyə və mankunianların çoxdanki arzusu qapıçı Canluici Buffonu verməyə hazırdır. "Inter" isə müqaviləyə Uesli Sneyderi daxil etməyə hazırdır. Bir şərtlə ki, "qırmızı şeytanlar" Nanidən başqa, pul da ödəməli olacaq.
Mənbə: TalkSPORT
