25 oktyabr 2010 14:27
Bahodir Nəsimov: Layiqli qələbə qazandıq
Azərbaycanın "Neftçi" klubunu hücumçusu Bahodir Nəsimov ölkə çempionatının 10-cu turu çərçivəsində "Gəncə" ilə keçirilmiş oyun barəsində (6:2) öz fikirlərini bildirib. "Bu oyuna çox ciddi hazırlaşırdıq. "Gəncə"-nin "Xəzər-Lənkəran"-la oyununa baxdıq və rəqibi yaxşı təhlil etdik. Bütövlükdə uğurlu oyun keçirdik və layiqli qələbə qazandıq", - Nəsimov azerisport.az saytına bildirdi.
