25 oktyabr 2010 14:42
Rail Məlikov: Neftçi qələbəni hakimin köməyi ilə qazanmayıb
Azərbaycan Premyer-liqasının 6:2 hesabı ilə başa çatan "Neftçi" – "Gəncə" oyunundan sonra rəqibin futbolçusu Ramal Hüseynov mətbuata hakimlərin flaqmana kömək etməkdə maraqlı olduğunu bildirib. Azerisrpot.az "Neftçi"-nin rəsmi saytın istinadən xəbər verir ki, paytxt təmsilçisinin kapitanı Rail Məlikovun buna münasibəti belə oldu: "Bu söz-söhbətlər əsassızdır. Hamı gördü ki, "Neftçi" təmiz oyunla qələbə qazandı. Hakim bizə kömək edirdisə, necə oldu ki, komandamızın qazandığı təmiz penaltini vermədi? Həm də biz bir top fərqlə qələbə qazanmamışıq ki, kimsə günahı hakimdə axtarsın. "Neftçi" "Gəncə"-dən açıq-aşkar üstün oyun göstərib, 6:2 hesabı ilə təmiz qələbə qazandı".
