25 oktyabr 2010 16:19

Bahodir NƏSİMOV: Vurulmuş qolların üzərində öz diqqətimi cəmləşdirmirəm

Azərbaycanın "Neftçi" klubunun forvardı Bahodir Nəsimov azerisport.az saytına müsahibə verdi.

"Neftçi" növbəti qələbə qazandı və bu dəfə daha böyük hesabla.
Bu oyuna biz ciddi hazırlaşırdıq. "Gəncə"-nin "Xəzər-Lənkəran"-la oyununa(4:1) baxdıq və rəqibi yaxşı təhlil etdik. Bütövlükdə uğurlu oyun keçirdik və layiqli qələbə qazandıq.
 
Gəncəlilərin böyük hesablı qələbəsi "Neftçi"-ni qorxuzmadı ki?
Xeyr. Hər şey baş verə bilər. Bu cür nəticə ilə hər bir komanda qarşılaşa bilər. Bizimlə də oyunda rəqib heç də pis futbol göstərməyib. Hətta iki qol da vurub.
 
Buna baxmayaraq, 6:2 – bu hesab komandanızın səylərinin yoxsa rəqibin zəif oyununun nəticəsidir?
Biz öz vəziyyətlərimizdən istifadə edə bildik. Həmçinin rəqib azlıqda qalmışdır və qəribə deyil ki, ona çətin idi. Hücumlarımıza tab getirmək onlarda alınmadı.
 
Siz bu dəfə də meydanı qolsuz tərk etmədiniz.
Bu həm komanda, həm mənim üçün xoşdur. Mpenza mənə əla ötürmə verdi. Baxmayraq ki, özü də bu topu vura bilərdi. Meydanı vurulmuş topla tərk etmə forvard üçün yaxşı bir haldır.
 
Qollarınızı sayırsınız?
Bütövlükdə qollarımın sayından bələdəm, ancaq bunun üzərində öz diqqətimi cəmləşdirmirəm. Hər şey mövsümün sonunda dəqiq bilinəcək.
 
İlk turlarda "Neftçi" bir forvardla oyuna üstün verirdi. Və bu siz olurdunuz. İndi isə Emil Mpenza formasını yığdığına görə sizinlə birgə hücumda çıxış edir.
Mən özüm 4-4-2 taktikasına alışmışam. İrəlidə təkbaşına oynamaq həmişə çətindir. Mənə qarşı personal bir müdafiəçini qoyurlar. Üstə gəl rəqibin bütün müdafiə xəttinin mühasirəsində qalmaq o qədər də xoş deyil.
 
Deməli belçikalı hücumçunun meydanda olması sizi qane edir?
Mpenza meydanda olanda mənə oynamaq daha asandır. Rəqibin müdafiəsinin bir hissəsi istər istəməz diqqətini ona da yönəldir. Bu isə mənim manevrlərim üçün daha çox yer verir.
 
Artıq bir turdan sonra çempionatın birinci dövrəsi başa çatacaq. Artıq bu dövrənin nəticələrinə yekun vurmaq vaxtıdır.
Hazırda biz birinci yerdə gedirik və çempion adına ən yaxın komadnayıq. Təbii ki, bu barədə indidən danışmaq tezdir, çünki irəlidə hələ çoxlu sayda oyun var. Amma birinci dövrəni belə uğurlu başa vuracağımız çox vacibdir. Artıq "Bakı" ilə oyuna hazırlaşmağa başlamışıq. Bu rəqibə qarşı görüşdə bizə asan olmayacaq. "Bakı"-nın daha hündür boylu müdafiəçiləri var, bizim hücumçularımıza çətin olacaq. 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.