Ruslan Abışov: Komandamız oyunu ilə sübüt etdi ki, Neftçi elə Neftçi`dir
Azərbaycanın "Neftçi" klubunun müdafiəçisi Ruslan Abışov "Gəncə"-nin bəzi futbolçularının "neftçilərə" hakimlərin kömək etdiyini deməsinə münasibət bildirib. Azerisport.az kubun rəsmi saytına istinadən xəbər verir ki, "Neftçi"-nin 6:2 hesabı ilə qalib gəldiyi görüşdə "ağ-qaralar"-ı meydana kapitan kimi çıxaran Abışov komandanın öz gücünə qələbə qazandığını deyib: "Oyun çox gözəl keçdi, uşaqların hamısı meydana yüksək əhval-ruhiyyədə çıxmışdılar. "Gəncə" çox iddialı klubdu, bundan irəli gəlir ki, "Xəzər-Lənkaran" kimi güclü komandanı böyuk hesabla məğlub edib. Amma komandamız gözəl oyunla sübüt etdi ki, "Neftçi" elə "Neftçi"-dir. Düzdür, rəqibin qırmızı vərəqə alması onların oyunlarına təsir etdi. Lakin "Gəncə" sonadək 11 futbolçu ilə oynasaydı belə, yenə də biz qalib gələrdik. Çünki həmin gün biz rəqibdən güclü idik. İndi isə fikrimizi "Bakı" ilə oyuna yönəltmişik".
