25 oktyabr 2010 00:12
Şeferin "İstefa"-sı, Neftçi`dən "liderlərin qisası" və Simurq`un ilk sevinci – 10-cu turun icmalı
Bu gün Azərbaycan çempionatının 10-cu turun oyunları keçirildi. Azeripsport.az xəbər verir ki, 10 turdan sonra turnir cədvəlinə başçılıq edən "Neftçi" öz meydanında "Gəncə" darmadağın etdi, paytaxt derbisində isə "İnter" "Bakı" ilə qarşılaşdı.
İlk dəqiqələr Bakı derbisinin maraqlı və gərgin mübarizə şəraitində keçiriləcəyindən xəbər verirdir. Belə də oldu: artqı 5-ci dəqiqədə Danildo Assioli künc ötürməsindən sonra hesabı açır – 1:0. Ümumiyyətlə "İnter" oyuna çox aktiv başladı. Ardıcıl olaraq bir neçə hücum təşkil edirdi. Qoldan sonra Kandelaki hesab arasındaki fərqi artıra bilərdi. Lakin "Bakı"-nın qapıçısı ilə təkbətək çıxan futbolçu Marko Şarlianı keçə bilmədi. Və artıq bu məqamdan sonra "Bakı" aktivləşdi. Vinfrid Şeferin komandası hücum qurmağda çətinlik çəkmirdi. Yeganə problem – hücumda son nöqtəni qoyan futbolçu tapılmırdı. İkinci yarıda da komandalar öz fəallığını itirmədilər. Ancaq oyunda daha bir qol vurmağa heç birində alınmırdı. Oyunun sonunda "Bakı"-nın azərkeşləri yenidən Şeferi istefa verməyə səsləndirirdi.
Bir tərəfdən, Şeferin istefası komandanı yenidən "başsız" saxlayacaq. Ötən mövsüm biz bunun şahidi idik. Düzdü, sonrada komanda ölkə kubokunun sahibi oldu. Amma hər dəfə belə olmayacaq axı. Yaxşı olar ki, Şefer komanda da mövsümün sonuna kimi qalsın. Alman mütəxəssisin böyük təcrübəsi var. Sadəcə vaxt lazımdır. Digər tərəfdən isə azərkeşləri başa düşmək olar. Komandanın qeyri-stabil oyunu xal itkisinə, məğlubiyyətə gətirib çıxarır. "Bakı"-nın ən zəif xətti müdafiədir. Bəzən çox çətin vəziyyətlərdə müdafiəçilər komandanı xilas edir, ancaq daha çox oyunçular sadə vəziyyətlərdə topu, mövqeylərini itirir. Bunun nəticəsində rəqib futbolçuların qarşısında çox vaxt qapıçı və ən yaxşı halda bir müdafiəçi qalır. Nöqsanlar təkcə müdafiə xəttinə aid deyil. Hücum və yarımmüdafiə də özlərini heç də yaxşı tərəfdən göstərmir. Hazırda "Bakı" öz gücünün 50 faizini (ola bilsin bundan da az) sərgiləyir. Bu nəyə görə belədir sualına cavabı isə baş məşqçi verməlidir. Etiraf edək ki, bu oyunda bu nöqsanlar o qədər də çox deyil idi. Amma bunlar var. Və bu problemləri həll etmək lazımdır.
"İnter"-ə gəldikdə isə, bu dəfə "bankirlər" özlərini yaxşı tərəfdən göstərə bildilər. Çox maraqlıdır ki, əsas təhlükə hücuma meyilli futbolçulardan deyil, müdafiəçilərdən gəlirdi. Faktiki olaraq görüş ərzində yalnız bir dəfə oyunun sonuna yaxın müdafiəçi yox, yarımmüdafiəçi Branko Çervenka qol vura bilərdi. Buna baxmayaraq "İnter" qələbə qazandı və hazırda baş məşqçi Kaxaber Sxadadze rahat nəfəs ala bilər. Gələn tura qədər...
Salyan da isə yerli "Muğan" Ağdamın "Qarabağ" klubu ilə qarşılaşdı. Həmişə olduğu kimi bu dəfə də ağdamlılar oyunu rəqibdən daha aktiv başladılar. Və demək olar ki komanda erkən qola çox yaxın idi. Lakin Adamiyanın qapıya göndərdiyi top offsayda görə qeydə alınmadı. Qonaq komanda təşəbbüsü demək olar ki tam əlinə almışdı. İlk hissədə "Muğan" nadir hallarda topla görüşürdü. Bütövlükdə götürsək, oyun o qədər də maraqlı keçmədi. "Qarabağ"-ın üstünlüyünə baxmayaraq, son zərbə yox idi. Əlbətdə bu oyunda ağdamlılar üç xal uğrunda mübarizə aparırdı və heç-heçə etmək komandanın planlarına daxil olmurdu. Ancaq Salyan təmsilçisi yaxşı müdafiə olunurdu və rəqib futbolçuları qapısına yaxınlaşmaq çox vaxt imkan vermirdi. Görünürdü ki, "Muğan"-ı bir xal da qane edir. Buna görə söyləmək olar ki, Salyan bir xal qazandı, Ağdam iki xal itirdi.
Nəhayət ki, Cokiça Haciyevskinin yetirmələri də qələbə gördü. MOİK o qədər də güclü rəqib olmasa da qələbə elə qələbə deməkdir. Baxmayaraq ki, həm "Simurq", həm də MOİK turnir cədvəlinin son pillələrində qərarlaşıb, bu komandaların oyun səviyyəsi tam fərqlidir. O mənada ki, "Simurq" oyun baxımından daha üstündür. Və bu matç bunu sübut etdi. Komandalar görüşə fəal başlamasalar da, zaqatalalılar yavaş-yavaş təşəbbüsü öz əlinə keçirə bildi. Bunu məntiqi nəticəsi kimi 23-cü dəqiqədə Mikayıl Rəhimov hesabı açdı – 0:1. "Simurq" oyun cəhətindən fəallaşdısa, MOİK kobudluq etməkdə aktivləşdi. Qol epizodundan öncə "hərbiçilərdən" biri Samir Əliyevin başından vurdu. Lakin Samir oyunu davam etdirə bildi. Bütövlükdə Zaqatala təsmilçisi oyuna nəzarət edirdi. Nəhayət ki bu dəfə bəzt "Simurq"-un üzünə güldü və komanda turnir cədvəlindəki son yeri tərk edə bildi.
Dünən isə "Neftçi" öz meydanında "Gəncə"-ni qəbul etdi. Ötən turdaki sensasiyanın müəllifi bu dəfə çempionluq uğrunda mübarizə aparan digər komanda ilə qarşılaşdı. Ancaq oyun gəncəlilər üçün heç də yaxşı başlamadı. Artıq ikinci dəqiqədə Denis Silva qapıçı ilə təkbətək çıxaraq, topu tora göndərdi – 1:0. Amma "Gəncə" ruhdan düşmədi və artıq 18-ci dəqiqədə Samir Zərgərov hüsabı bərabər edir – 1:1. Cəmi dörd dəqiqədən sonra Flavinyo yenidən "Neftçi"-ni irəliyə çıxarır – 2:1. Düşünmək olardır ki, oyun elə bu məcrada da davam edəcək. Lakin bu qoldan sonra ilk yarı heçnə ilə yadda qalmadı. İkinci hissədə də hər iki komanda müdafiədə oturmaq barəsində düşünmürdü. Gah "Neftçi", gah "Gəncə" hücum edirdi. Amma bu yalnız 62-ci dəqiqəyə qədər davam edirdi. 62-ci dəqiqədən sonra "Neftçi"-nin "iştahı açıldı"! "Qol iştahı"! Əvvəlcə 63-cü dəqiqədə Bahodir Nəsimov çempiontaki 11-ci qolunu vurur, 65-də Mpenza hesabı 4:1 edir. 83-cü dəqiqədə "Gəncə" ikinci qolu Junivanla vurur. Amma bu qol daha çox qonaqların hücumun deyil, müdafiəçilərin səhvi nəticəsi idi. Lakin paytaxt təmsilçisi bununla kifayətlənmək niyyətində deyil idi. 86-cı dəqiqədə Cavid İmamverdiyev, 90-da isə Araz Abdullayev fərqlənərək, hesabı 6:2 edir. Bu da bir növ "liderlərin qisası" idi. Xatırladaq ki, "Gəncə" XL-dən başqa "İnter"-i də məğlub etmişdir.
"Xəzər-Lənkəran"-a gəldikdə isə, komandanın bu dəfəki rəqibi Tovuzun "Turan" klubu oldu. Necə də gözlənilirdisə, XL oyuna ilk dəqiqələrdən tam nəzarət edirdi. Parksın (7-ci dəqiqədə) və Domanın (15-ci dəqiqədə) vurduğu qollar oyunun taleyini elə ilk 15 dəqiqə ərzində həll etdi. Tovuzlular bu görüşdə faktiki olaraq təhlükə yarada bilmədi. Demək olar ki, matç bir qapıya oynanılırdı. "Gəncə"-yə böyük hesablı məğlubiyyətdən sonra XL azərkeşləri qarşısında bəraət qazanmağa çalışırdı və üçüncü qol da vurmaq istəyirdi. Amma sona yaxın sanki hər iki komanda 2:0 hesabı ilə razılaşdı. Oyun elə bu nəticə ilə də başa çatdı.
Və sonda "Qəbələ" – AZAL görüşü haqqında. Bu oyunda yəgin ki hər şey var idi: sürət, kobudluq, təhlükəli epizodlar. Bir qol çatışmırdı. O da oldu, amma hesaba alınmadı: Lyubo Baraninin həmişəki kimi autdan uzun ötürməsi – lakin topa heç kəs toxunmur və o qapıya daxil olur. Fubol qaydalarına əsasən isə, bu cür toplar hesaba alınmır. Heyf. Çox nadir bir qol idi. Matç haqqında nəsə əlavə etmək çətindir. Hər iki komanda mübarizə göstərdi, oyuna evdən və ya stadionda baxanlara əsl futbol oyununu göstərdi. Görünürdü ki, komandalar yalnız qələbə barəsində düşünür. Amma nəticədə sülh qalib oldu.
Turnir cədvəli:
|
|
Komanda
|
O
|
Q
|
H
|
M
|
TF
|
X
|
|
1
|
Neftçi
|
10
|
7
|
2
|
1
|
23-5
|
23
|
|
2
|
XL
|
10
|
6
|
3
|
1
|
12-5
|
21
|
|
3
|
İnter
|
10
|
6
|
1
|
3
|
8-8
|
19
|
|
4
|
AZAL
|
10
|
5
|
3
|
2
|
14-6
|
18
|
|
5
|
Qarabağ
|
10
|
5
|
3
|
2
|
12-6
|
18
|
|
6
|
Gəncə
|
10
|
3
|
5
|
2
|
17-15
|
14
|
|
7
|
Qəbələ
|
10
|
4
|
2
|
4
|
8-7
|
14
|
|
8
|
Bakı
|
10
|
3
|
3
|
4
|
12-13
|
12
|
|
9
|
Muğan
|
10
|
2
|
4
|
4
|
6-9
|
10
|
|
10
|
Simurq
|
10
|
1
|
3
|
6
|
9-18
|
6
|
|
11
|
MOİK
|
10
|
1
|
1
|
8
|
4-22
|
4
|
|
12
|
Turan
|
10
|
0
|
4
|
6
|
7-17
|
4
|
Bombardirlər:
11 – Nəsimov (Neftçi)
6 – Yuşka (AZAL), Junivan (Gəncə)
5 – Adamiya (Qarabağ), Zərgərov (Gəncə), Sxadadze (Simurq)
