25 oktyabr 2010 00:31
İspanyada futbolçu oyun zamanı infarkt keçirdi (VİDEO)
İspaniyanın ikinci divizionunda (Segunda) "Salamanca" – "Real Betis" oyunu zamanı meydan sahiblərinin 31-yaşlı futbolçusu Miqel Qarsia birdən birə 61-ci dəqiqədə halını itirdi. Azerisport.az xəbər verir ki, hər iki komandanın həkimləri dərhal ona yardım göstərdi, həmçinin defibrillyatorun vasitəsi ilə. Dörd dəqiqə ərzində həkimlər futbolçu üzərində çalışırdı. Bəzi futbolçular buna göz yaşı içində baxırdı. Qarsiya xəstəxanaya çatdırıldı.
Hazırda onun vəziyyəti stabil olaraq qalır, səhhətinə heç bir təhlükə yoxdur. Həkimlər onun tam sağalmasını gözləyir.
