25 oktyabr 2010 00:35
Almir Hurtiç: Biz müdafiə futbolu oynamadıq
Azərbaycanın "Muğan" klubunun baş məşqçisi Almir Hurtiç ölkə çempionatının 10-cu turun çərçivəsində "Qarabağ"-la keçirilmiş oyun barəsində (0:0) öz fikirlərini bildirdi. "Bu gün "Qarabağ" kimi güclü bir rəqiblə qarşılaşırdıq. "Qarabağ" Avropada sözünü demiş komandadır. Biz müdafiə futbolu oynamadıq, əks-hücümlar etdik. Qol vurmaq istədik, təəssüf ki, buna nail ola bilmədik. Futbolçularım oyuna düzgün köklənməmişdi. Bir neçə qol epizodumuz oldu, lakin istifadə edə bilmədik", - azerisport.az xəbər verir ki, bunu Hurtiç dedi.
Mənbə: PFL
