25 oktyabr 2010 12:39
Aleksandar Şoliç: Belə oyun göstərərək, qalib gəlməmək həmişə pisdir
Azərbaycanın "Bakı" klubunu yarımmüdafiəçisi Aleksandar Şoliç ölkə çempionatının 10-cu turu çərçivəsində "İnter"-lə keçirilmiş oyun barəsində (0:1) öz fikirlərini bildirib. "Komanda qələbə üçün əlindən gələni etdi. Yaxşı oynayırdıq, mübarizə aparırdıq. Belə oyun göstərərək, qalib gəlməmək həmişə pisdir. Demək olar ki, biz indi "qara zolaq" üzərindəyik. Çünki son nəticələr heç "Bakı"-ya yaraşmayan nəticələrdir", - Şoliç azerisport.az saytına dedi.
