26 oktyabr 2010 14:08

Qızıl top`un sahibi kim olacaq?

FİFA bu il üçün "Qızıl topa" namizədlərin adını açıqlayıb. Azerisport.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, namizəd siyahısı FİFA-nın ekspertləri və "France Football" dərgisinin jurnalistlərinin rəyi əsasında formalaşdırılıb.

"Qızıl top"-a namizədlərin siyahı: Xabi Alonso, İker Kasilyas, Andres İnyesta, David Vilya, Xavi, Karleş Puyol, Sesk Fabreqas (hamısı İspaniya), Daniel Alves, Juliu Sezar, Maykon (hamısı Braziliya), Miroslav Kloze, Filipp Lam, Tomas Müller, Bastian Şvaynştayger, Məsut Özil (hamısı Almaniya), Aryen Robben, Uesli Sneyder (hər ikisi Hollandiya), Lionel Messi (Arqentina), Kriştiano Ronaldo (Portuqaliya), Samuel Eto'O (Kamerun), Didye Droqba (Kot-d`İvuar), Dieqo Forlan (Uruqvay), Asamoa Qyan (Qana).
 
Həmçinin FİFA ilin ən yaxşı baş məşqçisi adına namizədləri də müəyyənləşdirib. Bunlar Karlo Ançelotti ("Chelsea"), Visente del Boske (İspaniya yığması), ser Aleks Ferqüson ("Manchester United"), Xosep Qvardiola ("Barcelona") Yoahim Löv (Almaniya millisi), Joze Mourinyo ("Real"), Oskar Tabares (Uruqvay millisi), Lui van Qall ("Bayern Münch"), Bert van Marveyk (Hollandiya millisi) və Arsen Venqerdir ("Arsenal"). Qaliblərin adları dekabrın 6-da açıqlanacaq. Onların təltifedilmə mərasimi isə gələn il yanvarın 11-də keçiriləcək.
 
Qeyd edək ki, bu ildən etibarən "France Football"-un müəyyənləşdirilən "Qızıl top"-un sahibi və FİFA-nın versiyasına görə "Ən yaxşı futbolçu" titulları birləşdirilib.
 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.