26 oktyabr 2010 16:14
Samir Zərgərov sentyabrın ən yaxşısı seçildiyinə şaddır
Azərbaycanın "Gəncə" klubunun yarımmüdafiəçisi Samir Zərgərov sentyabrın ən yaxşı futbolçusu mükafatına layiq görüldüyü barəsində öz fikirlərini bildirdi. "Şadam ki, Kamran Ağayev və digər namizədləri keçə bildim. Komanda yoldaşlarıma və kluba təşəkkürümü bildirirəm. Bu mənim üçün çox xoş hadisədir" – azerisport.az xəbər verir ki, bunu Zərgərov dedi.
