26 oktyabr 2010 17:33
Kamran AĞAYEV: Heç kəs əminliklə deyə bilməz ki, sabah meydana əsas heyətdə çıxacaq
Azərbaycanın "Xəzər-Lənkəran" klubunun qapıçısı Kamran Ağayev azerisport.az saytına müsahibə verdi.
1:4 hesabı ilə başa çatan "Gəncə" – "Xəzər-Lənkəran" oyununa baxdınız?
Əlbətdə.
Məğlubiyyətin əsas səbəbkarı Denis Romanovs idi?
O peşəkar qapıçıdır, 33 yaşı var. Bütün günahı qapıçının üzərinə atmaq olmaz. Həmin oyunda bütün komanda zəif oynadı. Hər bir oyunda qalib gələrək çempion olmaq mümkün deyil. Hansısa bir oyunda uğursuzluqla üzləşmək olar, və bu normaldı. Komandaya bəraət qazandırmıram. Təbii ki bu cür məğlub olmaq olmaz.
Bu məğlubiyyət çempionluqa gedən yolda maneçilik törətməyəcəkmi?
Nəzərə alsaq ki biz çempionluğa oynayırıq, öz rəqiblərimizi irəliyə buraxmamalıyıq. Bu cür zəif oynamaq olmaz. Çoxları deyir ki, "Gəncə" ilə görüşdə qapını mən qorusaydın oyun təmamiylə başqa hesabla nəticələnə bilər. Bununla razı deyiləm. Hər şey bundan da pis nəticələnə bilərdi. Çünki bu matçda bütün komanda zəif oynadı. Bu güləş deyil ki, hər şey bir idmançıdan asılı olsun.
Denis Romanovs barəsində isə nə deyə bilərsiniz?
Yaxşı qapıçıdır. Beynəlxalq təcrübəyə malikdir, yığmasının qapıçısıdır. Səkkiz oyun ehtiyat skamyasında otururdu və lazımi oyun praktikası yox idi.
"Qarabağ"-la oyun ərəfəsində sizin diskvalifikasiya müddətiniz bitir.
Hələ bilinmir mən bu oyunda oynayacam yoxsa yox. Baş məşqçi meydana Denisi də buraxa bilər. Heç kəs tam əminliklə deyə bilməz ki, sabah o meydana əsas heyətdə çıxacaq.
Qarşıdaki rəqib haqqında nə deyə bilərsiniz?
"Qarabağ"-la oyuna hansısabir xüsusi əhəmiyyət vermək lazım deyil. Ağdamlılardan başqa hələ "Neftçi", "Bakı", "İnter" var. Belə gedsə bütü Premyer-liqa komandalarını saymaq olar.
Diskvalifikasiya müddətini dörd oyundan iki oyuna kimi azaldılmasına sevindiniz?
Əlbətdə. Lakin indi də əminliklə deyirəm ki, Sofronini vurmaq istəmirdim.
"Bakı" ilə oyundan sonra telekanalların biri göstərdi ki, siz moldovalı futbolçuya yaxınlaşaraq, ondan üzr istədiniz...
Heç fikir də vermədim ki, məni çəkirlər. Görsəydim, bu söhbəti sonraya təxirə salardım. Hələ bundan əvvəl də ona zəng etmişdim. Lakin görüşmək istəyirdim.
"Neftçi"-nin "Gəncə" üzərində əldə etdiyi 6:2 hesablı qələbəsini necə qarşıladınız?
Bu futboldur – belə nəticələr də olur. On nəfərə qarşı oynayanda bu cür hesablar istisna olunmur. Lakin bakılıların qələbəsini alçaltmaq istəmirəm. Amma gülməlidir ki, "Neftçi" kimi klubda komandanın səviyyəsinə uyğun olmayan legionerlər çıxış edir. Yerli oyunçular var ki, əcnəbilərdən daha güclüdü. Bəzən elə legionerlər buyurur ki, lap gülməyim gəlir. Mənə inciyə bilərlər, amma mən gördüyümü deyirəm.
Kimi siz "Neftçi"-nin səviyyəsinə uyğun saymırsınız?
Adları çekmək düzgün olmazdı. Əlbətdə yüksək səviyyəli legionerlər var, lakin yerli oyunçularla bu komanda daha cəlb edici görünür. Misal üçün "Qarabağ"-da əsasən yerlilər çıxış edir və bir neçə dorğudan da yüksək səviyyəli legioner var.
