26 oktyabr 2010 11:57
Yığmamızın Çernoqoriya ilə oyunun keçirilmə vaxtı və stadionu müəyyənləşib
Milli komandamızın beynəlxalq yoldaşlıq görüşü çərçivəsində Çernoqoriya yığması ilə noyabrın 17-də səfərdə keçirəcəyi oyunun vaxtı və stadionu müəyyənləşib. Azerisport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Podqoritsa şəhərinin "National Stadium Podgorica"-da keçiriləcək Çernoqoriya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
