26 oktyabr 2010 00:01
Kamran Ağayev Beşiktaş`a keçmək istəyir
Azərbaycan yığmasının və "Xəzər-Lənkəran" klubunun qapıçısı Kamran Ağayev qış fasiləsi zamanı Türkiyənin "Beşiktaş" klubuna keçə bilər. Azerisport.az xəbər verir ki, bu transferdə öz köməyini İstanbul təmsilçisi ilə sıx münasibəti olan XL-ın fəxri prezidenti Mübariz Mansimov edə bilər. Qeyd edək ki, hazırda "Beşiktaş"-ın qapıçıları – Hakan Arikan və Rüştü Rəcbər – öz ən yaxşı formalarında deyil.
Kamran bu barədə saytımıza bunları dedi: "Bu hələ ki şəxsi məsələdir və bu barədə danışmaq istəməzdim. Bu barədə Mübariz Mansimovla söhbət etmişəm. Dəvətlər var. "Beşiktaş"-a mümkün olan transferə gəldikdə isə, əminəm ki, Mansimovun özü də Türkiyə klubuna keçməyimin əleyhinə deyil. Əgər o "Beşiktaş"-a keçməyimi məsləhət edərsə, deməli keçəcəm".
