Dünyada Runidən çox qazanan yoxdur
Dünyanın ən çox qazanan futbolçuların siyahısı açıqlanıb. Azerisport.az xəbər verir ki, həmin siyahıya "Manchester United"-in hücumçusu Ueyn Runi başçılıq edir. Ötən həftə klubuyla yeni 5 illik müqaviləyə imza atan futbolçunun həftəlik məvacibi 250 min funt sterlinqdir. Bu isə öz növbəsində, il ərzində 18,8 milyon dolları edir. Siyahıda ikinci yeri illik 16,32 milyon dollarlıq məvaciblə Madridin "Real" komandasının portuqaliyalı hücumçusu Kriştiano Ronaldo tutur (həftədə 217 min avro alır). Üçüncü pillə də isə İtaliyanın "Milan" klubunun forvardı Zlatan İbrahimoviç tutur – 15,05 milyon dollar (həftədə 200 min avro).
İlk onluqda yer alan digər futbolçular isə bunlardı: Yaya Ture ("Manchester City") – 13,9 milyon dollar (185 min avro), Lionel Messi ("Barcelona") və Samuel Eto’O ("İnter") – 13,16 (175 min avro), Kaka ("Real") – 12,56 (167 min avro), Emmanuel Adebayor ("Manchester City") və Kərim Benzema ("Real") – 10,6 (142 min avro), Karlos Teves ("Manchester City”) – 10,07 (134 min avro).
