26 oktyabr 2010 12:16
Bekhem İngiltərəyə qayıtmaq istəmir
ABŞ-ın "Los-Angeles Galaxy" klubunun yarımmüdafiəçisi bildirdi ki, hazırki komandası ilə müqaviləsi bitməyənə qədər o İngiltərəyə qayıtmayacaq. Azerisport.az xəbər verir ki, İngiltərənin "Leicester City" klubunun baş məşqçisi Sven-Yoran Eriksson onu komandasına dəvət etdi. Ulduz futbolçu Dumanlı Albiona qayıtmaq istədiyini bildirdi. Lakin bunu o "Galaxy" ilə müqqaviləsi bitəndən sonra edə biləcək.
"Hələ ki müqaviləm qüvvədədir və buna görə ABŞ tərk etməyəcəm. Burada uşağlarım məktəbə gedir, ailəmiz xoşbəxtdir. Köçməyə səbəb görmürəm", - Bekhem dedi.
Qeyd edək ki, "Leicester" Bekhemi 2 milyon avroya icarəyə götürmək hazırdır.
Mənbə: AP
