26 oktyabr 2010 12:31

XL-ın daha bir yubileyi

Azərbaycan Premyer-liqasının 10-cu turunda "Turan"-la qarşılaşan "Xəzər-Lənkəran" üçün 2:0 hesablı qələbə yubileylə əlamətdar olub. Azerisport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu matçda qazanılan qələbə digərləri ilə müqayisədə xüsusi çəkiyə malikdir. Söhbət uğurun yubiley ilə əlamətdar olmasından gedir. XL indiyədək Premyer-liqada 99 dəfə qalib gəlmişdi ki, "Turan"-la matçda qazanılan 3 xal çempionatdakı 100-cü qalibiyyət oldu. Komanda bu yubileyi 3 tur idi gözləyirdi. "Bakı" ilə (1:1) 8-ci turun Lənkəranda və "Gəncə" ilə (1:4) 9-cu turun səfərdəki matçlarında 100-cü qələbə arzusu təxirə salınırdı. Bu dəfə isə yubileyə mane olan tapılmadı.

Altı ildir yaranan komandanın tarixinin ilk qələbəsini 2004-cü ildə qazanıb. 2004/05 mövsümünün 2-ci turunun avqustun 12-də keçirilən görüşdə komanda gücünü "Şəfa"-ya göstəriblər – 2:1.
 
50-ci yubiley qələbəsi isə 2006/07 mövsümünün son turuna, çempionluğumuzun rəsmiləşdiyi qarşılaşmaya təsadüf edib. 2007-ci il mayın 23-də Qəbələdə "Gilan"-ı 3:0 hesabı ilə məğlub edən "Xəzər-Lənkəran" həm çempionluğu əldə etmiş, həm də 50-ci dəfə 3 xalı qazanan tərəf olmuşdu.
 
Mövsüm
Turnir
Oyun
Qələbə
2004/05
Çempionat
35
24
2005/06
Çempionat
26
9
2006/07
Çempionat
24
17
2007/08
Çempionat
26
14
2008/09
Çempionat
26
15
2009/10
Çempionat - I mərhələ
22
12
 
Çempionat – II mərhələ
10
3
2010/11
Çempionat
10
3
 
Yekun
179 
100
                                                   
Qeyd edək ki, 2004/05 mövsümündə "Şəfa"ilə çempionatın ikinci dövrəsinə təsadüf edən texniki qələbə (3:0) oyun və qələbə sayında əks olunub. 2009/10 mövsümü iki mərhələdən ibarət olub. İlk mərhələdən sonra 12 klub iki altılığa bölünüb. Onlar birinci mərhələdə toplanılan xalla saxlanmaqla mübarizə aparıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.