27 oktyabr 2010 14:34
Azərbaycanda cibini pulla dolduran baş məşqçi kimdir?
Azərbaycanda bir çox futbolsevərləri ölkəmizdə çalışan məşqçilərin nə qədər maaş aldığını həmişə maraqlandırıb. Azerisport.az xəbər verir ki, azərkeşlər və ya sadəcə futbola biganə qalmayan insanlar hər dəfə müxtəlif rəqəmlər səsləndirib. Bu rəqəmləri səsləndirəndə nəinki milyonlar, hətta on milyonlar dollar haqqında danışılırdı.
Bizim həmkarlarımızın keçirdiyi araşdırma nəticəsində məlum oldu ki, ən çox qazanan baş məşqçinin kimdir. Belə ki, siyahıya "Qəbələ" klubunun sükanı arxasına keçən İngiltərənin məşhur sabiq futbolçusu Toni Adams başçılıq edir. Onun illik qazancı 1 milyon manat təşkil edir. İkinci pillədə isə "Bakı"-ın çalışdırıcısı Vinferd Şeferdir. Ən az qazanan isə MOİK-in baş məşqçisi Ramil Əliyevdir: onun illik qazancı 10 min manatdır. Yerli çalışdırıcılar arasında isə ən çox qazanan "Qarabağ"-ın baş məşqçisi Qurban Qurbanovdur.
Məşqçilərin gəlirləri belədir (təxmini rəqəm):
1. Toni Adams ("Qəbələ") – 1 milyon manat
2. Vinferd Şefer ("Bakı") – 500 min manat
3. Mirça Rednik ("Xəzər-Lənkəran") – 400 min manat
4. Qurban Qurbanov ("Qarabağ") – 250 min manat
5. Arif Əsədov ("Neftçi") – 200 min manat
6. Kaxaber Sxadadze ("İnter") – 200 min manat
7. Cokiça Haciyevski ("Simurq") – 150 min manat
8. Nazim Süleymanov (AZAL) – 90 min manat
9. Fuad İsmayılov ("Gəncə") – 70 min manat
10. Almir Hurtiç ("Muğan") – 60 min manat
11. Ramil Əliyev (MOİK) – 10 min manat
12. "Turan" klubunun hazırda baş məşqçisi yoxdur.
Qeyd edək ki, Azərbaycanda ən çox pul qazanan məşqçi məhz Berti Foqstdur. Aylıq olaraq federasiyadan 150 min avro alan alman çalışdırıcı ildə 1,8 milyon avro qazanır. Sadəcə olaraq Premyer-liqa klublarının baş məşqçiləri ilə bağlı araşdırma olduğu üçün alman çalışdırıcı bu siyahıda göstərməyib.
Mənbə: Qafqazinfo
