27 oktyabr 2010 15:11
Qvardiola Mançesterə keçə bilər
İngiltərənin "Manchester Unitet" klubunun baş məşqçisi ser Aleks Ferqüson onu əvəz edə biləcək mütəxəssis axtarır. Azerisport.az xəbər verir ki, ser Aleksin fikrincə, bu vəzifəyə ən layiqli namizəd İspaniyanın "Barcelona" komandasının baş məşqçisi Xosep Qvardioladır. Qeyd edək ki, dekabrın 31-i şotlandiyalı mütəxəssisin 69 yaşı olacaq. 24 il "MU"-nın çalışdırıcısı olan Ferqüson artıq vəzifəni tərk etmək barəsində düşünməyə başlayıb. Bununla bağlı mankunianların rəhbərliyi Qvardiolanın agenti Mariya Orobitqo ilə əlaqə saxladı.
Mənbə: El Mundo
