27 oktyabr 2010 16:18
"Azərbaycanda bütün klublar eyni səviyyədədir"
Azərbaycan futbolunun veteranı İsgəndər Cavadov ölkə çempionatında ən yaxşı oyun göstərən komanda barəsində azerisport.az saytına öz fikirlərini bildirdi. "Azərbaycanda bütün klublar eyni səviyyədədir. Sadəcə olaraq hansısa klub daha çox, hansısa daha az pul xərcləyir. Əgər "İnter" AZAL-a 0:5 hesabı ilə məğlub olur, "Gəncə" isə "Xəzər-Lənkəran"-ı 4:1 hesabı ilə darmadağın edirsə, o zaman bir sual vermək lazımdır – bu klubların rəhbərliyi hara baxır? Aşkar favorit yoxdur. Bu məni çox hirsləndirir", - Cavadov dedi.
