27 oktyabr 2010 16:31
Rumıniya klubu XL-a öz futbolçusunu 3 milyona satmaq istəyir
Azərbaycanın "Xəzər-Lənkəran" klubunun nümayəndələri Buxarestin "Steaua" komandasının Rumıniya çempionatındaki oyununa canlı baxıblar. Azerisport.az Rumıniya mətbuatına istinadən xəbər verir ki, yaxın zamanda XL nümayəndələri Buxarest klubunun prezidenti Cici Bekali ilə yarımmüdafiəçi Banel Nikolisenin keçidini müzakirə edəcək. XL futbolçuya görə 1 milyon avro ödəməyə hazırdır, lakin Bekali bundan üçqatçoxistəyir. Əgər danışığlar uğurla başa çatsa, o zaman Nikolise lənkəranlıların heyətinə ildə 400 min avro alacaq.
