27 oktyabr 2010 17:24

Azərbaycana bu qədər legioner lazım deyil!

Azərbaycan yığmasının və "Xəzər-Lənkəran" klubunun qapıçısı Kamran Ağayevin "Neftçi"-nin legionerlərli ilə bağlı dedikləri bu komandalar arasında onsuzda gərgin olan vəziyyəti bir az da pisləşdirdi. Azerisport.az xəbər verir ki, qapıçının dediklərində həqiqət də var. Söhbət hansısa bir konkret komandadan deyil, ümumiyyətlə Azərbaycan klublarından gedir.

Azərbaycan Premyer-liqasınını aparıcı klublarının əksəriyyətinin heyətində legionerlərin sayı yerli oyunçuların sayından artıqdır. Bəziləri deyər ki, bu yaxşı haldır çünki Azərbaycanda fərli başdı oyunçu azdır və legionerlər lazımdı. Bəziləri isə deyər ki, yerli istedadlı futbolçularımız ola-ola əcnəbiləri dəvət etməkdə ehtiyac yoxdur. Kim haqldır, kim isə yox – bu mövzunun əsas sual deyil. Əsas sual isə - Azərbaycan çempionatında çıxış edən legionerlər komandalarına fayda gətirirmi yoxsa sadəcə pul qazanır? Bu sualın cavabına bir misal gətirək – son çempion "İnter" klubu. Heç kəsə sirr deyil ki, komandanın əsas heyətində əksəriyyəti legionerlər təşkil edir. Əminliklə demək olar ki, bu il leginoerlərlə bağlı limitə dəyişikliklər əlavə olunmasa idi, yerli futbolçular bu komanda da çıxış edə bilməzdi. Amma gəlin baxaq, əcnəbi oyunçular komandaya kömək edə bilirmi? "İnter"-in oyununa baxanda cavab belədir – kömək etmir. Bu azmış kimi əksər legionerlərin yaşı da ya 30-un içində, ya da ki 30-u keçib. Bu da öz növbəsində bütün komandanın oyununa təsir edir.
 
Belə misallar futbolumuzda az deyil. Ötən mövsümə qayıdsaq – ən yaxşı nümunə "Simurq" komandasıdır. Bu il komanda nəinki gəncləşdirilib, həmçinin də "azərbaycanlaşdırılıb". Bu isə yerli futbolçulara nəyə qadir olduğunu göstərə bilmək üçün əsl fürsətdir. Bu mövsümə qayıtsaq isə, "Bakı"-nı da qeyd etmək olar. Bu komandanın əsas heyətində legionerlər çoxluq təşkil edir. Əlbətdə, onların arasında yüksək səviyyəli futbolçular da var, misal üçün Jaba, Skuliç və s. Amma söhbət müdafiəyə gəlib çatanda – problemlər. Açığı deyək ki, legioner futbolçulardan ibarət olan müdafiə xətti komadanı ən zəif nöqtəsidir. Üstə gəl buradaki futbolçular da artıq gənc deyil. Kim bilir, bəlkə yaxın bir zamanda əsaslı dəyişikliklər baş verəcək. Ancaq biz indidən danışırıq. Ümumiyyətlə ola bilsin ki, bəzi komandalarımız da bu addıma, yəni "azərbaycanlaşdırılmaya" əl atsa, heç də pis olmaz.
 
Bir tərəfdən, Kamran Ağayevin dediyi bu sözlərdə – "Neftçi" kimi klubda komandanın səviyyəsinə uyğun olmayan legionerlər çıxış edir" – həqiqət var, amma bir "əmma" ilə ki, bunu "Neftçi"-yə yox, legionerləri yerli futbolçularımızdan yalnız pasporta görə üstün sayanlara deməli idi.
 
Digər tərəfdən isə klubları başa düşmək olar – onlar qarşısında nəticə qoyub və bu nəticəni illərlə gözləmək də istəmir. Amma ümidlərimizi legionerlərlə bağlasaq, tez-gec ölkə səviyyəli yerli futbolçusuz qalacaq.
 
Əlbətdə bütün bunlara "Qarabağ"-ı misal gətirmək olar. Bu komandada nəinki Azərbaycan millisinin, həmçinin digər ölkələrin yığmasında əsas heyətində çıxış edən futbolçular oynayır. Ağdam təsmilçisinin heyətində cəmi 5 (!) legioner var. Ola bilsin ki kimlərəsə çempionluq uğrunda mübarizə aparan komanda üçün bu çox qəribə görsənə bilər. Amma baxın necə legionerlərdir – Teli, Aqoli, Rubins – bunlar öz yığmalarında da əsas heyətdə çıxış edir. Bu da nədənsə xəbər verir, elə deyilmi? Qiorqi Adamiya – bu futbolçu nümayiş etdirib və indi də etdirir ki, yığmasında oynamayan legioner klubda necə oynamalıdır. Həmçinin Devran Ayhan da var. Hazırda zədəli olan Samir Abbasovu əvəz edir və bu onda heç də pis alınmır.
Konkret olaraq legionerlərin adlarını çəkəməyəcəyik. Onsuzda futbolumuzu izləyənlər özləri də görür kim nəyə qadirdir. Sadəcə olaraq belə bir sual ortaya çıxır: lazımsız legionerlərin lazımlığı nədədir? Əminliklə bir şeyi demək olar ki, əsl futbol oynamağda yox.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.