27 oktyabr 2010 00:03
"Qırmızı şeytanlar" İspaniya yığmasının qapıçısını almaq istəyir
İngiltərənin "Manchester United" klubu veteran-qapıçı Edvin van der Sarın əvəzini axtarır. Azerisport.az xəbər verir ki, "qırmızı şeytanlar" öz diqqətini "Liverpool" və İspaniya yığmasının qapıçısı Pepe Reynaya yönəldib. Qapıçının keçidi mankunianlara 12 milyon avroya başa gələcək. Reyna özü də klubunu dəyişdirməyin əleyhinə deyil, çünki mersisaydlıların gələcəyinə dair əmin deyil. Həmçinin o qapıçıların məşqçisi 68-yaşlı Mayk Kellinin "köhnəlmiş" işindən də narazıdır.
Mənbə: The Daily Mirror
