27 oktyabr 2010 00:08
Neftçi PFK Kamran Ağayevə cavab verdi
Azərbaycanın "Xəzər-Lənkəran" klubunun qapıçısı Kamran Ağayev azerisport.az saytına verdiyi müsahibəsində Bakının "Neftçi" komandasının legionerləri barəsində bir neçə söz dedi. "Neftçi" kimi klubda komandanın səviyyəsinə uyğun olmayan legionerlər çıxış edir. Yerli oyunçular var ki, əcnəbilərdən daha güclüdü. Bəzən elə legionerlər buyurur ki, lap gülməyim gəlir. Mənə inciyə bilərlər, amma mən gördüyümü deyirəm", - Ağayev qeyd etdi.
"Neftçi" PFK-nın mətbuat xidməti bizə bu sözlərdən cavabını bildirdi. "Birinci klublar rəhbərlikləri arasında dostluq əlaqələri var. İkincisi, məşqçilər heyəti ötən mövsümü ehtiyatda keçirən xeyli gənc futbolçunu məhz bu mövsümdə meydana buraxır. Üçüncüsü, heç kəs "Neftçi"-nin işlərinə qarışıb deyə bilməz ki, neçə və hansı legioner biz almalıyıq. Klubumuz hansı yeri tutduğunu xatırlatmaq lazım gərək deyil. Və nəhayət, Kamran Ağayevə bir sual vermək lazımdır – nəyə görə o bəyanət verib, sonradan bu bəyanətlərə görə üzr istəyir? Öz hərəkətlərinə görə nəsə tez-tez üzr istəyir", - "Neftçi"-nin mətbuat xidmətinin rəisi Elnur Əşrəfoğlu dedi.
