27 oktyabr 2010 12:25
"Kamran Ağayevi başa düşmək olar"
Azərbaycanın "Neftçi" klubunun makedoniyalı yarımmüdafiəçisi Slavço Qeorqiyevski azerisport.az saytına Kamran Ağayevin paytaxt komandasının legionerləri barəsində dediklərinə münasibət bildirdi. "Öz fikirini bildirmək onun haqqıdı. Amma bunu nəyə görə demək lazım idi? Digər klubları müzakirə etmək ciddiyətsizdir. "Neftçi"-də çoxlu legioner var. Yaxşısı olar ki, Ağayev onların adını çeksin. Digər tərəfdən onu başa düşmək olar: o bizə aşağıdan yuxarıya baxır, çünki turnir cədvəlinin birinci pilləsində məhz biz qərarlaşmışıq", - Qeorqiyevski dedi.
