27 oktyabr 2010 12:46
Hiddink Azərbaycana qarşı Chelsea və Arsenal`ın futbolçularını çağırır
Türkiyə yığmasının baş məşqçisi Qus Hiddink komandasının gəncləşdirmə prosesini davam etdirir. Azerisport.az xəbər verir ki, bunun üçün o milliyə gənclərdən ibarət yığmasının futbolçularını cəlb etmək niyyətindədir. Bunlar Gökhan Tor ("Chelsea"), Cem Pol Karacan ("Riding"), Nadir Çiftçidir ("Porthsmuth"), həmçinin Hollandiyanın gənclərdən ibarət yığma komandasının kapitanı Ogüzxan Özyakupdur ("Arsenal").
Xatırladaq ki, Türkiyə yığması AVRO-2012-nin A qrupunda Azərbaycan millisinin rəqibidir.
