28 oktyabr 2010 13:15
Rəşad Sadıqov oynamadı – komandası məğlub oldu
Dünən Türkiyə Kubokunun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqovun çıxış etdiyi "Eskişehirspor" klubu öz meydanında "Denizlispor" komandasını qəbul etdi. Oyun qonaq komandanın xeyirinə bitdi – 1:2. Qeyd edək ki, "Eskişehirspor"-un baş məşqçisi Bülənt Uyqun aparıcı futbolçulara istirahət verib və buna görə Rəşad da həmin görüşdə iştirak etməyib.
