28 oktyabr 2010 13:46
XL-ın "Rumıniya desantı" arta bilər
Bolqariyanın "Liteks" klubunun hücumçusu Florian Bratu bildirdi ki, o Azərbaycanın "Xəzər-Lənkəran" komandasına keçə bilər. "XL-ın baş məşqçisi Mirça Redniklə tez-tez telefonla danışıram. Hazırda mən "Liteks"-in heyətində icarə əsasında çıxış edirəm. Buxarestin "Dinamo" klubu ilə müqaviləm 2011-ci ilin yayında bitəcək. Və bundan sonra mən digər klublarla danışığlar apara biləcəm. Lakin ilk növbədə mən "Dinamo"-nun rəhbərliyi ilə danışacaq və yalnız bundan sonra hər şey aydın olacaq", - azerisport.az xəbər verir ki, Bratu "Liber Tatea"-ya verdiyi açıqlamada dedi.
