28 oktyabr 2010 14:13
İngiltərə klubunun futbolçusu yeniyetməni zorlamaqda şübhəli bilinir
İngiltərənin "Bolton" klubunun xorvatiyalı futbolçusu İvan Klasniç 17-yaşlı qızı zorlamaqda sübhəli bilinir. Azerisport.az xəbər verir ki, Klasniç artıq polis tərəfindən dindirilib.
Bu iş üzrə iclas noyabrın 1-nə təyin olunub. Futbolçunun özü bununla bağlı rəsmi bəyanət vermək niyyətindədir.
Qeyd edək ki, futbolçu 2003-cü ildə evlənib və hazırda üç yaşlı qızı var. 2007-ci ildə Klasniç iki böyrəyin dəyişdirilməsi üzrə əməliyyat keçirib. "Bolton"-un heyətində o 2009-cu ildən çıxış edir.
Mənbə: Bild
