28 oktyabr 2010 14:28
"Qızıl top"-a ən real namizəd kimdir?
İspaniyanın Marca qəzeti öz oxucuları arasında "Qızıl top"-la bağlı sorğu keçirdi. Azerisport.az xəbər verir ki, ispaniyalı oxucular "Qızıl top"-a ən real namizədi Xavini görür. Yarımmüdafiəçi səslərin 41,9% toplayıb. Onun ardınca cəmi bir neşə səs geridə qaqlan İker Kasilyasdır – 38,3%. Andres İniyesta isə 5,6 faizlə üçüncü yerdədir. Digər nəticələr isə belədi: Lionel Messi (5,6%), Diyeqo Forlan (1,8%), Kriştiano Ronaldo (1,2%), Xabi Alonso (1%), David Vilya (0,7%) və Karles Puyol (0,4%).
