28 oktyabr 2010 14:50
Qarabağ`ın zədəliləri qayıdır
Azərbaycanın "Qarabağ" klubu "Xəzər-Lənkəran"-la oyuna hazırlığını davam etdirir. Azerisport.az ağdamlıların rəsmi saytına istinadən xəbər verir ki, klubun bütün zədəliləri komandasının düşərgəsindədir. Emin İmaməliyevin komandının baş məşqçisi Qurban Qurbanov şans verəcəyi təqdirdə oynaması üçün heç bir problem yoxdur. Məşqlərə başlayan Maksim Medvedevin durumu isə oyun günü bəlli olacaq. Maksim oynamaq üçün istəkli olsa da, müdafiəçi haqda baş məşqçi son qərarını verəcək. Samir Abbasov da artıq yüngül təmrinlər yerinə yetirməyə başlayıb. Əfran İsmayılov isə daha çox trenajor zalında çalışmalarla kifayətlənir.
Xatırladaq ki, "Qarabağ" – XL oyunu oktyabrın 30-da saat 16:00-da baş tutacaq.
