28 oktyabr 2010 15:17
ManUnited`in hücumçusu karyerasını bitirmək istəyir
İngiltərənin "Manchester United" klubunun futbolçusu Maykl Ouen karyerasını mövsümün sonunda bitirə biləcək. Azerisport.az xəbər verir ki, 30-yaşlı futbolçunun "qırmızı şeytanlarla" hazırki müqaviləsi 2011-ci ilin yayında başa çatacaq.
"Klubda məmuniyyətlə qalaram. Amma yeni müqavilə barəsində baş məşqçi ilə danışmalıyam. Mən yüksək səviyyədə hələ bir neçə il də çıxış edə bilərəm, ancaq yalnlz "MU" kimi səviyyəli klublarda. Bəzən mən hiss edirəm ki, mənim oyunum hazırki komandama uyğun gəlmir. Ancaq özümü aşağı divizionlar klubunda görmürəm. Çempionlar Liqası və Premyer-liqada qalib gələrək, futboldan getmək – karyeranı bitirməsi üçün əla vaxtdır", - Ouen dedi.
Mənbə: The Sun
