28 oktyabr 2010 15:54
Əfran İsmayılov: Artıq məşqlərə başlamışam
Azərbaycanın "Qarabağ" klubunun yarımmüdafiəçisi Əfran İsmayılov azerisport.az saytına bərpa prosesi barəsində danışdı. "Artıq məşqlərə başlamışam. Hələ ki əsas vaxtımı trenajorlarda keçirirəm, qaçıram". Hardasa bir-iki həftədən sonra topla məşqlərə başlayacam. Və artıq noyabrın sonunda meydana çıxa biləcəm. Qurban Qurbanov mənə tələsməmək məsləhət verdi. Mənim xidmətlərimnən gələn ildən istifadə etmək istəyir", - İsmayılov dedi.
