28 oktyabr 2010 16:04
Lionel Messi: Ola bilsin Barca`nı tərk edim
İspaniyanın "Barcelona" klubunun forvardı Lionel Messi "France Football" jurnalına verdiyi müsahibədə bildirdi ki, "Barca"-nı heç vaxt tərk etməyəcəyinə tam əmin ola bilməz.
"Hansısa başqa bir kluba keçmək niyyətim yoxdur. Amma kim bilir gələcəkdə nə baş verə bilər. Hər şey yaxşı olanda bu barədə heç düşünmürsən. Lakin hər şey pis olsa, o zaman kim bilir. Nədəsə sona qədər tam əmin olmaq olmaz", - azerisport.az xəbər verir ki, bunu Messi dedi.
