Arif Əsədov: Neftçi Bakı üçün dönüş nöqtəsidi
Azərbaycanın "Neftçi" klubunun baş məşqçisi Arif Əsədov "Bakı" ilə oyundan əvvəl klubun rəsmi saytına fikirlərini bildirib. Azerisport.az "neftçilərin" rəsmi saytına istinadən xəbər verir ki, gənc mütəxəssis bunları deyib: "Hazırda komandada əhval-ruhiyyə yüksək səviyyədədir. Zədəli Rail Məlikovdan başqa futbolçuların hamısı oyuna hazırlaşırlar. "Bakı" ilə oyuna gəldikdə isə bu komandalar arasında oyunlar həmişə prinsipial olub. Paytaxt klubunun hazırda turnir cədvəlinin 8-ci pilləsində qərarlaşmasına baxmayaraq, oyunun gərgin keçəcəyini düşünürəm. Üstəlik, "Bakı" klubu son iki oyunda məğlub olduğundan, bizimlə görüşə dönüş nöqtəsi kimi baxır. Bizim üçün çətin olsa da, çalışacağıq ki, qələbə qazanıb turnir cədvəlində mövqeyimizi daha da möhkəmlədək".
