28 oktyabr 2010 17:04

Ruslan ABIŞOV: Neftçi geriyə baxmamalıdı

Azərbaycanın "Neftçi" klubunun müdafiəçisi Ruslan Abışov azerisport.az saytına müsahibə verdi.

Qarşıda "Bakı" ilə oyun var. Bu görüşdən nəyi gözləyirsiniz?
İlk növbədə standart sözlərdən başlayaraq, qeyd edə bilərəm ki, bu oyuna digər görüşlərə olduğu kimi hazırlaşırıq. Rəqib heç də yaxşı günlərini yaşamır. Amma düşünmürəm ki, bu rəqibə bizə qarşı tam gücü ilə oynamasına maneçilik törədəcək.  Bu həmçinin bizi də sakitləşdirməməlidir.
 
Yaralı rəqibə qarşı necə oynamaq niyyətindəsiniz?
Hər bir komandada çətin anlar ola bilər. Gec-tez bu problemlər komanda üçün bitəcək. Bu oyuna biz ikiqat hazır olmalıyıq. Rahatlansaq bu bizə baha başa gələ bilər. Lakin belə rəqiblərlə oyunda hər şey mümkündür. Amma "Bakı"-ya məğlub olmaq barəsində fikirləri heç yaxına da buraxmaq istəmirik. "Bakı"-nı məğlub etməliyik.
 
Həmçinin qələbə qazanmağa sizi digər bir fakt da vadar edir: mövsümün əvvəlindən "Xəzər-Lənkəran" sizi addım-addım izləyir.
Kim bizi izlədiyini fərqi yoxdur. Hər oyunda qələbə qazanmalıyıq. Birinci pilləni mövsümün sonuna kimi saxlamaq istərdik. Belə baxanda, XL, "İnter" yoxsa hansısa bir başqa komanda ikinci yeri tutur – bunun fərqi yoxdur. Biz hər oyunlarda qalib gəlməliyik və geriyə baxmamalıyıq.
 
"Gəncə"-yə qarşı son oyunda siz meydana kapitan sarğısı ilə çıxdınız...
Bu "Neftçi"-də olan ilk təcrübəm deyil. Ötən mövsümdə də kapitan sarğısını taxmışam. Bu faktı sakitcə qəbul edirəm, çünki artıq beş ildir ki bu komandada çıxış edirəm və "Neftçi" uşaq komandasının yetirməsiyəm.
 
Bu məhsuliyyəti artırır?
Əvvəlcə qeyd edim ki, Rail Məlikovun qayıdışından sonra sarğı yenidən ona qayıdacaq. Sözsüz ki, özümü daha da məhsuliyyəti aparmalıyam. Və təkcə meydanda yox. Amma mən buna alışmışam. Uşaq komandalarda və müxtəlif yaşlı yığmaların heyətində mənə tez-tez kapitan sarğısını etibar edirdilər.
 
Hakimlər tərəfindən münasibət dəyişir?
O qədər də yox. Hakimlərimiz bütün futbolçularımızı çox yaxşı bilir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.