28 oktyabr 2010 00:06
Mançester klubu İtaliya yığmasının kapitanını istəyir
İngiltərənin "Manchester United" klubu İtaliya yığmasının və "Roma" komandasının yarımmüdafiəçisi Daniele de Rossiyə olduğu marağını təsdiqlədi. Azerisport.az xəbər verir ki, "qırmızı şeytanlar" 27-yaşlı futbolçunu mövsümün bitməsindən sonra heyətinə qatmaq istəyir. Qeyd edək ki, "Roma"-nın daxili çempionatdaki uğursuz çıxışı aparıcı futbolçuların gedişi ilə nəticələnə bilər. Bunların arasında de Rossidən başqa Mirko Vuçiniç, Adriano, Stefano Okaka Çuka da var. Bu uğursuz çıxış nəticəsi kimi de Rossinin qiyməti 25-30 milyon funt sterlinqdən 18-20 milyona qədər azalıb.
Mənbə: Caughtoffside
