28 oktyabr 2010 00:10
"Neftçi`ni məğlub etmək istməyən komanda tapmaq çətindir"
Azərbaycanın "Neftçi" klubunun baş məşqçisi Arif Əsədov Azərbaycan Kubokunun 1/8 finalı çərçivəsində "Gəncə" ilə keçiriləcək oyunla bağlı azerisport.az saytına öz fikirlərini bildirdi. "Normal rəqibdi. Elə "Gəncə"-ni gözləyirdik. Təbii ki, gəncəlilər Premyer-liqadaki məğlubiyyətə görə revanş almaq istəyəcək. Digər tərəfdən "Neftçi"-ni məğlub etmək istməyən komanda da tapmaq çətindir. "Gəncə"-yə məğlub olan "Sahdağ" da bizimlə mübarizə aparacaqdı. Buna alışmışıq və bu görüşə hazırlaşacayıq", - Əsədov dedi.
Qeyd edək ki, 1/8 finalın oyunları 7-8 dekabrda keçiriləcək.
