28 oktyabr 2010 12:14
Chelsea Barca`nın hücumçusunu almaq niyyətindədir
İngiltərənin "Chelsea" klubu İspaniyanın "Barcelona" komandasının gənc hücumçusu Boyan Krkiçlə maraqlanmağa başlayıb. Azerisport.az xəbər verir ki, həmçinin futbolçuya görə "West Ham" və "Juventus" komandaları da mübarizə aparır. İspaniya yığmasının 20-yaşlı forvardı London təmsilçisinin gəncləşdirilmə prosesinin hissəsidir. Xatırladaq ki, "Chelsea"-nın hücum xəttindəki əsas qüvvələri 30-yaşlı Didye Droqba və Nikolya Anelkadır.
Mənbə: Caughtoffside
