28 oktyabr 2010 12:56
Vüqar NADİROV: Qarabağ XL-ı məğlub edə biləcək
Azərbaycanın "Qarabağ" klubunun hücumçusu Vüqar Nadirov azerisport.az saytına müsahibə verdi.
"Muğan"-la heç-heçədən sonra (0:0) hansı nəticələr çıxardınız?
Bu cür oyunlar əsl dərs verir. İki xal itirdik, bu isə qəbul olunmazdı. Amma məhz baş hakimin hesaba almdağı qol iki xalımızı əlimizdən aldı. Ancaq digər tərəfdən, bizə qarşı yaxşı komanda oynayırdı və bir götürlmüş xal heç də pis nəticə deyil. Baxaq görək başqaları Salyanda necə oynayacaq.
"Qarabağ" hələ ki ardıcıl qələbə qazana bilmir.
Biz bu barədə düşünmüşük. Yavaş-yavaş biz öz formamısı qaytarırıq. Yeganə çıxışımız var – qələbə qazanmaq.
Belə qeyri-stabil qrafikdən sonra bu həftə siz "Xəzər-Lənkəran"-la qarşılaşacaqsınız.
Hazırda lənkəranlılar yaxşı formadadır. Lakin bu demək deyil ki, biz qələbəyə oynamayacayıq. "Neftçi" və XL-a çatmaq üçün qələbə qazanmalıyıq.
Sizin komandalarınız arasında keçirilən oyunlar xüsusi əhəmiyyətə malikdir.
Bu qəribə görsənməməlidir. Axı bu iki reqion komandaların derbisidir.
XL-a qarşı necə oynamaq niyyətindəsiniz?
Məşqçi necə deyəcək elə də oynayacayıq. Ötən mövsümlə müqayisədə lənkəranlılar sürətdə artırıb. Fiziki cəhətdən onlar yaxşı formadadır. Onlar az qol buraxır, bu da güclü müdafiədən xəbər verir. Həmçinin Kamran Ağayevin rolunu da ayrıca qeyd etmək lazımdır.
Yeri gəlmişkən, ikioyunluq cəzadan sonra Kamran məhz "Qarabağ" –a qarşı matça qayıdacaq.
Bu məni məyus etmir. Kamran Azərbaycan yığmasının qapıçısıdır və o oynamalıdır. Amma bu bizim məqsədimizi çətinləşdirəcək. Buna baxmayaraq, hesab edirəm ki, "Qarabağ" XL-ı məğlub edə biləcək.
Turnir cədvəlinə baxanda nədən fikirləşirsiniz?
Qarşıda hələ çoxlu oyun var və biz heçnəyi itirməmişik.
Yeri gəlmişkən, komandanız turnir cədvəlində AZAL və "Gəncə"-nin arasındadır. Bu klublardan belə start gözləyirdiniz?
Bəli. Qeyd etmək lazımdır ki, bu mövsüm çox maraqlı keçir. Hətta autsayderlərlə oyunda da çətin olur. Söyləsəm ki, bizdə demək olar ki autsayder yoxdur, yalan demərəm.
